...Amerikalı köşə yazarı və yazıçı Mett Uolş ABŞ-ın Kanadanı təxminən bir həftə ərzində fəth etməsini təklif edib. SİA-nın məlumatına görə, o, sosial şəbəkədəki səhifəsində bu ehtimal olunan tarixi X adlandırıb.
...Qrenlandiyanı əldə etmək istəyiriksə, heç olmasa Kanadanı almağı düşünməliyik. Şimali Amerika bizim olmalıdır. Təxminən bir həftəyə Kanadanı qansız-qadasız fəth edə bilərik.
Bunu Uolş yazıb.
Xatırladaq ki, yanvarın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya onun ölkəsinin bir hissəsi olmalıdır, çünki bu, milli təhlükəsizlik və “azad dünyanın” müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir.
Təbii ki, o “müdafiəsi üçün” deyəndə Çin və Rusiyanı dilə gətirib.
...Və yanvarın 6-da Tramp Kanadanın baş naziri Castin Trüdo gözlənilən istefasını elan etdikdən sonra ölkəni 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.
ABŞ-ın seçilmiş prezidentinin sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavaya onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə