Amur vilayətinin Pozdeevka kəndində Alabay zəncirini qıraraq qadının başından dişləyib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regional baytarlıq idarəsi öz Telegram kanalında məlumat yayıb. Şöbədən verilən məlumata görə, it bağçası olmayan həyətdə yaşayıb və zəncirindən qoparaq küçəyə qaça bilib.
Bu zaman evin yanından bir qadın keçirmiş. O, itdən qorxaraq deyə, onun yanından səssiz keçməyə çalışsa da, yıxılaraq qolunu sındırıb.
Bundan sonra heyvan qadına hücum edərək dişləməyə başlayıb.
Qadın xəsarətlərlə xəstəxanaya çatdırılıb. Alabayın sahibi inzibati məsuliyyətə cəlb edilib və o, təqsirini etiraf edib.
Onu on min rubl cərimə ediblər.
Bundan əvvəl Vladiqafqazda quduz itin tələbələri dişlədiyi bildirilirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə