Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış...

Serbiya Rusiya ilə bəzi müdafiə müqavilələrinə xitam verib

Serbiya hakimiyyəti Rusiya ilə hərbi əməkdaşlıq sahəsində müqavilələrin bir qismini ləğv edib, digər hissəsi isə qeyri-müəyyən müddətə təxirə salınıb.

SİA-nın məlumatına görə, bunu “Axşam xəbərləri” portalına müsahibəsində Serbiya Baş Qərargahının rəisi general Milan Moisiloviç deyib.

Onun sözlərinə görə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra belə, digər ölkələrdə lisenziyalı istehsal vasitəsilə Rusiya silahlarının stabil və çevik təchizatını təmin etmək yolunu tapıb. O qeyd edib ki, Serbiya ordusu bu gün bu silahların əhəmiyyətli hissəsinə texniki qulluq və ehtiyat hissələrinin bərpasını yüksək səviyyədə təşkil edə bilər.

...Rusiya Federasiyasından [yeni] silah tədarükünə gəlincə, hazırda bu, praktiki olaraq mümkün deyil. Biz diplomatiya yolu ilə yeni yaranmış vəziyyətdən çıxış yolunu tapmağa çalışırıq. Qlobal səviyyədə beynəlxalq münasibətlərdə vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə bəzi sazişlərə xitam verdik, digərlərini isə təxirə saldıq, - deyə general bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə