Yanvarın 8-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.25% – 42,635.20 bəndədək, S&P 500 indeksi 0.16% – 5,918.25 bəndədək artıb, Nasdaq indeksi isə 0.06% – 19,478.88 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 8-da FTSE 100 indeksi 0.07% – 8,251.03 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.49% – 7,452.42bəndədək, Almaniyanın DAX indeksi 0.05% – 20,329.94 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0311 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə