Hindistanda fil festival iştirakçılarına hücum edib, 17 nəfər yaralanıb

Hindistanın Kerala əyalətində hər il keçirilən dini festival qəzəbli filin ən azı 17 nəfəri yaralaması ilə faciəvi hal alıb. SİA-nın məlumatına görə, Indian Express xəbər verir ki, hadisə çərşənbə günü axşam saatlarında baş verib.

Şahidlər Pakkathu Srikattan adlı filin kütləyə hücum çəkdiyini lentə alıb.

İnternetdə yayılan görüntülərdə aqressiv filin bir insanı qaldırması, onu havada yelləməsi, sonra isə atması əks olunub.

Xaos və panika başlayıb, insanlar qaçır.

Media yaralılardan birinin vəziyyətinin ağır olduğunu və Kottakkaldakı özəl xəstəxanaya yerləşdirildiyini bildirib. Qeyd olunur ki, sahibi yalnız bir-iki saatdan sonra heyvanı sakitləşdirə bilib.

Qeyd edək ki, analoji hadisə ötən ilin martında da baş vermişdi.

Keçən il də Kerala ştatının Adimali şəhərində 70 yaşlı qadın vəhşi fil tərəfindən tapdalanaraq öldürülmüşdü.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə