Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb edilib. Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr yaşayış evinin 20 kvadratmetr hissəsi yanıb, 180 kvadratmetr hissəsi isə yanğından mühafizə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə