Naməlum silahlı şəxslər Çadın paytaxtı Ncamena şəhərində prezident sarayına hücum ediblər. SİA xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinə istinadən AFP məlumat yayıb. Prezident sarayına hücum edənlərin “Boko Haram” terror təşkilatının silahlıları olduğu bildirilir. Silahlı insident zamanı Çadın Prezidenti Mahamat İdriss Debi İtno iqamətgahda olub. Ordu rəsmiləri terrorçuların hücumunun dəf edildiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə