Ani Lorak indi də afrikalı şamana ərə gedir..?

...Mən sadəcə sevgiyə inanıram. İnanıram ki, bütün yaşlar sevgiyə tabedir... Məsləhətim: ürəyinizə qulaq asın və doyunca yaşayın. Ən azından başqalarının nə deyəcəyini düşünün.

SİA-nın məlumatına görə, bunu müğənni Ani Lorak deyib və pərəstişkarları ilə ilə sevincli hadisə paylaşdı.

…46 illik yubileyi münasibətilə restoranda şam yeməyi zamanı sevgilisi sənətçiyə evlilik təklifi edib.

Və bu onu çox təsirləndirib deyə, “Bəli” cavabını verib.

Sizi bilmirəm, amma məncə bu onun sonuncu,..evliliyi ola bilər..? Amma yenə də nə bilmək olar?

Təbii ki, dostları və həmkarları müğənniyə görə sevinirlər. Onu təbrik edirlər, “axarınca” olsun deyirlər.

Və bəzi pərəstişkarlar Aninin böyük səhv etdiyini deyirlər. Onun yeni yoldaşının səmimiliyinə inanmırlar.

Deyirəm, bəlkə düz də edirlər..?

Qeyd edək ki, müğənninin seçdiyi şəxs İsaak Vijrakudur. Onun 48 yaşı var. Masaj terapevti, yoqa təlimatçısı və karma təmizləmə mütəxəssisdir. Barselonada böyüyüb və hətta "Cənab İspaniya" tituluna da sahibdir. İsaak özünü Afrika şamanlarının nəslindən adlandırır.

Dediyinə görə, bir vaxtlar İsaaq realiti-şoularda iştirak edib, filmlərdə və seriallarda rol alıb. Amma o qədər də uğur qazana bilməyib. Sonra ruhani təcrübələrlə maraqlanıb və bədənin hərtərəfli müalicəsi adlandırdığı seanslarla dünyanı gəzməyə başlayıb.

Və belə təlimlərin birində İsaak rus müğənnisi ilə tanış olub və…bəli, bəli, o “sən dul, mən dul” məsəli…

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə