Mehmet Dinçerlər Hadisə ilə boşanmasından danışdı

Mehmet Dinçerlər 2 aydan sonra səssizliyini pozub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə ilə 4 aylıq evlilik prosesi yaşayan və boşandıqdan sonra susqunluğunu saxlayan Mehmet Dinçerler danışmaq qərarına gəlib. Ona qarşı irəli sürülən ittihamları cavabsız qoyan Dinçerler müsahibə paylaşaraq danışmamaq qərarını ləğv etdiyini göstərib. Son zamanlar Hadisə-Rza Zərrab münasibətləri yenidən gündəmə gəldiyi üçün heç yerdə danışmayan Dinçerler bu qərarı ləğv edib. O, sosial media hesabında müsahibə verdiyini paylaşaraq Hadisəni qorxudub.

Müsahibə şəklini İnstaqram hesabında paylaşaraq "baxaq" yazan Dinçerlərin nədən danışdığı maraq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə