"Heç bir anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz" - DEPUTAT ŞƏRH ETDİ

"Heç bir anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Zəfər günü münasibəti ilə Şuşada təşkil olunan toplantıda çıxışı tarixi əhəmiyyət daşıyır. Şuşanın işğaldan azad edildiyi gün dövlət başçımızın, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin belə bir toplantıda iştirakı qürurvericidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı Şuşanın işağldan azad edilməsinin qəhrəmanlıq səhifəsi olduğunu bildirdi, hərbçilərimizin qəhrəmanlığından söz açdı: “Dövlət başçımız Şuşanın Azərbaycan tarixində və millətimizin həyatında oynadığı rola diqqəti cəlb etdi. Müharibə günlərində Azərbaycan ordusunun yalnız irəliyə addımladığını bildirdi.

Dövlət başçımızın Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin səbəblərini söyləməsi bir ibrət dərsidir. Həqiqətən heç bir anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz. Prezident nitqində qələbənin səbəblərini də izah etdi. Bu, güclü iqtisadiyyat, güclü ordu, güclü millət, güclü dövlət və uğurlu milli siyasətlə bağlıdır. Cənab Prezidentimizin Şuşada söylədiyi tarixi nitqində bundan sonra atılacaq addımlar da öz əksini tapıb. Ermənistan əgər 10 noyabr tarixli bəyanata riayət etməsə, Azərbaycanın cavabları elan edildi. Açıq şəkildə bildirildi ki, Ermənistan heç bir ölkəyə bel bağlamayaraq, götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Ən vacib məsələlərdən biri də işğaldan azad edildikdən sonra Azərbaycan ərazilərinin dirçəldilməsidir. Dövlət başçımız açıq şəkildə bildirdi ki, Azərbaycan ədalətli sülh istəyir. Ermənistan xoş niyyət göstərsə, bu sülh imzalanacaq, göstərməsə isə imzalanmayacaq. Bundan sonra baş verəcəkləri isə həyat göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə