Şərqi Zəngəzur Regional Təhsil İdarəsində tədbir keçirilib FOTOLAR
YAP Kəlbəcər rayon təşkilatı Zəfər və 9 noyabr Bayraq günləri münasibətilə 4 noyabr 2022-ci il tarixdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin 99 saylı tam orta məktəbi ilə birgə tədbir keçirib. İlk olaraq Umummilli Lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi. Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. Tarixi Zəfərimiz bizə işğaldan azad edilmiş dədə-baba yurdlarımızı yenidən qurulmağa,Böyük Qayıdışa başlanmasına şərait yaratdı.Hazırda üç rəngli Müzəffər bayrağımız dünyanın ən gözəl, ən uca bayrağına çevrilərək Azərbaycanımızın bütün ərazilərində dalğalanır. Bəli, xalqımız 30 ilə yaxın üçrəngli bayrağımızın erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızda dalğalanacağı günü gözləyirdi.İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz anlar bu gün artıq reallığa çevrilib. YAP-nın qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın zəfər partiyasıdır. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonunun 99 nömrəli tam orta məktəbinin direktoru,Ərazi partiya təşkilatının sədri İsmət Nəcəfov qeyd etdi ki, İkinci Vətən Müharibəsi Azərbaycanın qürur tarixi, şanlı zəfəri, düşmən üzərində qələbəsidir. Yüz illər bundan sonra da XXI əsr Azərbaycan xalqının qürurla anacağı tarix olacaq. Zəfər günümüz həm birinci, həm də İkinci Vətən müharibələrində həyatlarını itirmiş dinc sakinlərin, şəhid və qazilərimizin qisası oldu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazdı. Xalqımızın qalibiyyəti ilə yeni bir inkişaf yolu müəyyənləşdirildi.44 günlük Vətən müharibəsi gedişində və əldə edilmiş Zəfərlə bütün dünya dövlətləri, Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevi sanki yenidən tanıdı, onun liderlik potensialını, idarəçilik məharətini, bacarıqlarının sərhədlərini gördü. Bu gün işğal altında olan torpaqlarımız azaddır və o torpaqlarda Azərbaycan bayrağı qürurla dalğalanır. Məktəbin tarix müəllimi Nazim Ələsgərov cıxışında bildirdi ki, Ordumuzun sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsinin əsas və həlledici qəhrəmanı olması təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün beynəlxalq icmanın yekdil qənaətidir. Məhz onun düzgün strategiyası sayəsində təxminən 30 il əvvəl Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi. Sonda uşaqlar Zəfər qələbəmizə, bayrağımıza, vətənpərvərliyə həsr olunmuş şerlər səsləndirdilər və ədəbi bədii kompozisiya ilə çıxış etdilər. Məktəbin bir qrup müəlliminə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları, şagirdlərə isə təşəkkürnamələr təqdim olundu.
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB