Bolqarıstan parlamenti Rusiyanın müharibə apardığı Ukraynaya silah yardımı etmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 240 üzvlü Assambleyada səsvermə 155 lehinə, 49 əleyhinə olmaqla bir deputat bitərəf qalıb.
Rusiyayönlü keçmiş kommunist partiyasının xətti ilə siyasət aparan Bolqarıstan Sosialist Partiyasının (BSP) 25 nəfərlik qrupları və Ukraynadakı müharibədə Rusiyanın tərəfində olan populist Dirçəliş Partiyası səsvermədə iştirak etməyib. Səsvermə zamanı hər iki partiyanın deputatları “silahlara yox” və “sülh” yazılan plakatlar qaldırıblar.
Qərara əsasən, Bolqarıstan hökuməti bir aya qədər Ukraynaya hərbi və texniki yardımı nəzərdə tutan layihə paketini parlamentə göndərəcək. Yeni qərarla bağlı Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib ki, Ukraynaya S-300 və C-125 zenit sistemləri, Su-25 və Mig-29 döyüş təyyarələri göndərmək niyyətindəyik.
Rusiyayönlü prezident Rumen Radev də oxşar mövqeyi müdafiə edərək, Bolqarıstanın NATO müttəfiqlərinin Ukraynaya verilə biləcək ağır silahlar əvəzinə, NATO standartlarına uyğun silahlar verməyəcəklərini iddia edib. Parlament daha əvvəl may ayında qəbul etdiyi başqa bir qərarla Ukraynaya silah göndərilməsinə qarşı çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB