Fransa parlamentində də erməni lobbisinin tərəfdarları az deyil - POLİTOLOQ ŞƏRH ETDİ
"Bildiyimiz kimi Fransada böyük erməni lobbisi var və diaspor üzvlərinin sayı yüz minlərlə ölçülür. Həm də çox fəal şəkildə də Azərbaycan və Türkiyə əleyhinədə fəaliyyət göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib.
Onun sözlərinə görə, Fransa parlamentində də erməni lobbisinin tərəfdarları az deyil: "Buna görə də bu ölkəi rəsmi dairələri son illər ermənipərəst qərarlar və qətnamələrin qəbulnda tərəddüd etmirlər. Fransa Avropa İttifaqqının aparıcı ölkələrindən olsa da çox təəssüf ki, birtərəfli olaraq Ermənistanın mövqeyini dəstəkləyir. Fransa prezidenti Emanuel Makron da ermənipərəst siyasətin tərəfdarlarındandır. İrəvana silsilə səfərləri ilə yadda qalıb. Amma indiyədək Bakiya heç bir dəfə olsun belə səfər etməyib. Halbuki, vasitəçi olmaq istəyirsə tərəfsizliyini qorumalıdır, lakin biz şahidi oluruq ki, o tərəfsizliyini qorumur. Erməni lobbisi ilə də sıx əlaqələri var və onların səslərinə hər zaman ümid edir. Amma anlamalıdır ki, bu siyasəti davam etdirdikcə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla münasibətləri soyutmuş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB