Soçi görüşündə də Azərbaycanın milli maraqları təmin olundu

Soçi görüşündə də Azərbaycanın milli maraqları təmin olundu

Məlum olduğu kimi, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində Dövlət başçımızla Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Daha sonra Prezident İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub, görüşdən sonra tərəflər Bəyanat imzalayıblar.Dövlət başçımız üçtərəfli görüşdən öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı bir daha bəyan etdi ki, münaqişəyə iki il əvvəl son qoyulub. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.Cənab prezident həmçinin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürdüyünü də diqqətə çatdırdı. Bununla da cənab İlham Əliyev Azərbaycanın sülhsevər mövqeyini, bölgədə sabitliyin, təhlükəsizliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirmiş oldu.

Rusiya presidenti Vladimr Putin üştərəfli görüşdən sonra “Açıq deməliyəm ki, hər şeyi razılaşdırmaq mümkün olmadı və əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq” ifadəsi o deməkdir ki,ölkəmiz öz mövqeyindən geri çəkilməyib. Eyni zamanda bu, dövlət başçımızın qətiyyət nümayiş etdirdiyinin, tam olaraq müstəqil siyasət yürütdüyünün göstəricisidir.

İmzalanan bəyanatda qeyd edilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq ediblər. O da vurğulanır ki,Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Bəyanatda həmçinin regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulanır.

31 oktyabrda keçirilmiş Soçi görüşündə də Azərbaycanın milli maraqları təmin olundu və Ermənistan tərəfinin heç bir təklifi nəzərə alınmadı. İmzalananan bəyanatda Qarabağla bağlı bir kəlmənin belə işlədilməməsi bir daha onu nümayiş etdirir ki, Azərbaycan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz istəyinə nail olur.

Əminliklə demək olar ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində baş tutmuş üçtərəfli görüş, imzalananan Bəyannamə ölkəmizin növbəti diplomatik qələbəsidir.

Sahib Şükürovun

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə