Soçi görüşündən gözləntilər NƏDİR? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Dəfələrlə Azərbaycan, Rusiya və Ermənistan arasında Moskvada, Soçidə və Brukseldə üç tərəfli görüşlər olub. Görüşlər zamanı Qarabağ məsələsində və sülh danışıqlarında Paşinyan hər iki dövlətə sülh üçün razılıq verib amma daha sonra isə sözlərindən və hətta imzaladıqları sənədlərə riayət etmək istəmir və vaxt uzatmaq istəyir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. 
Onun sözlərinə görə, hal-hazırda davam edən Soçi görüşündə eyni bundan əvvəl olan görüşlər kimi Paşinyan yenə də sülhdən yayınacaq və sülh istiqamətində zəruri addımlar atmayacaq. Rusiya isə bu görüşdə hər iki tərəfi sülhə səsləyəcək. Ermənistan isə Rusiyadan qaçmaq istəyir və biz bilirik ki, tarixən də ermənilər zəifləyən Rusiya imperiyasından qaçaraq onun rəqiblərinə doğru addımlar atıblar. Onun üçün Vladimir Putinin nə deməyindən asılı olmayaraq Paşinyan əvvəlki görüşlər kimi bu görüşdə də verdiyi sözləri tutmayacaq. Bu zaman Azərbaycan artıq özü qadirdir ki, cənab İlham Əliyev Paşinyanı necə ki 44 günlük Vətən Müharibəsində sülhə məcbur etdisə yenə də sülhə məcbur edəcək. Azərbaycan və cənab İlham Əliyev bu istiqamətdə səbrli və düzgün addım atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB