Bakı Dövlət Universitetində Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və BDU-nun Kimya, Fizika fakültələrinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur" adlı tədbir keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Pariyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, BDU-nun professor-müəllim heyəti, həmçinin Kimya və Fizika fakültələrinin birinci kurs tələbələri iştirak edib.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə YAP Yasamal rayon Z.Xəlilov küç. 33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov açaraq bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyimizin qorunub saxlanılmasını, tarixin səhnəsində özünəməxsus yer tutmasını, təmin edən dahi Şəxsiyyət olmuşdur. Yeni Azərbaycan Partiyasının qurucusu, dahi Heydər Əliyev ideyaları bu gün Partiyamızın Sədri, Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünki Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Bu siyasi kurs günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Uzun illərdir ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin şanlı Zəfərimizlə yekunlaşmasında öz sözünü dedi. Çıxışına davam edən B.Nəbiyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, əksəriyyətini gənclərin təşkil etdiyi günü-gündən sıraları durmadan genişlənən Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb. Onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söylədi. Çıxışının sonunda B.Nəbiyev qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiya üzvlərini təbrik edib.Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın gələcəyini düşünən Ümummilli Lider Heydər Əliyev həmişə gənclərin himayədarı kimi çıxış edib, onların sağlam düşüncəli, milli və vətənpərvər ruhda yetişdirilməsində misilsiz xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanda dövlətin və xalqın gələcəyini müəyyənləşdirən gənclər siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın milli və dövlətçilik maraqlarının təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmət göstərdi, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Ş.Əsgərov 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətindən və Ümumilli Lider Heydər Əliyevlə olan görüşlərindən söz açıb. Kimya və Fizika fakültələrinin dekanları Fuad Kərimli, Bəxtiyar Paşayev çıxış edərək, gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq, bilik və bacarıqlı vətənpərvər vətəndaş olmağı tövsiyə ediblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB