Yaxud, aqressor Ermənistan Fransa prezidentinin gözündə necə “qurbana” çevrildi?
Artıq kifayət qədər bəllidir ki, Ermənistanın böyük bacısı hesab edilən Fransa respublikasının prezidenti istər 44 günlük müharibədən əvvəl, istərsə də sonra açıq-aşkar erməni işğalına dəstək göstərib. Ümumiyyətlə, aqressor Ermənistanın cəhdlərini müxtəlif sahələrdə malalamaqla məşğul olan Emmanuel Makronun bundan sonra hər hansı mövqe dəyişkənliyini gözləmək də doğru olmazdı. Yəni kor-kor, gör-gördür ki, bu fərd bəlkə də bütün Qərbdə mövcud olan ermənipərəstlərdən qat-qat çox ermənipərəsdir. Və bunu sübut edən daha bir fakt bu gün üzə çıxıb.
Söz yox ki, bütün bunların başında dayanan əsas ölkə “məzlum”, “əzabkeş” Ermənistan dayanıb...
Beləliklə, Romada, müqəddəs Eqidiya icmasının “Dünyanın çağırışı – din və mədəniyyət dialoqda” forumunda çıxış edən (Sant'Egidius) Makron bildirib ki, Ukraynadakı münaqişə dünyanı başqa müharibələr haqqında unutqan olmağa məcbur etməməlidir.
Fransız prezident çıxışı zamanı mövzunu məhz kiçik bacıları sayılan ermənilərin üzərinə gətirmək üçün Avropa qitəsinin də təhlükə altında olduğunu iddia edib və bildirib ki, buna misal olaraq Qafqazdakı müharibədə erməni xalqı ilə nəyin baş verdiyini (???!!!-R.R.) göstərmək olarmış... Düzdür, Makron paralel olaraq Suriyada, İraqda, Somalidə, Yaxın Şərqdə baş verənləri də önə sürüb, amma söz yox ki, bütün bunların başında dayanan əsas ölkə “məzlum”, “əzabkeş” Ermənistan dayanıb...
Bütün dünya və beynəlxalq hüquq da isbat edir ki, məhz Ermənistan aqressorluğa söykənən siyasəti ilə Azərbaycan torpaqlarını işğala məruz qoyub!
Bu da son deyil. Makron bildirib ki, bir var aqressiyanın qurbanı, bir də var liderlər ki, onlar müdaxilə edərək məhv etmək qərarını veriblər. “Və belə bir situasiyada kənarda qalıb neytrallığı saxlamaq haqqında düşünmək “güc qanununu” tanımaq anlamını daşıya bilər”, deyə Frananın prezidenti əslində özünün məntiqsiz fikirləri ilə gündəmə çıxıb.
Yeri gəlmişkən, qeyd edək ki, müsyö Emmanuel ermənipərəst prezidenti növbəti dəfə gözünün siyasi baxış bucağının zəif olduğunu sübuta yetirib. Axı bütün dünya, beynəlxalq hüquq da isbat edir ki, məhz Ermənistan aqressorluğa söykənən siyasəti ilə Azərbaycan torpaqlarını nəinki işğala məruz qoyub, habelə onilliklər boyunca terror küləyi əsdirib, dağıdıb, talan edib və s.! Hətta sən demə, ermənilər “qurbanlıq quzularıymışlar” ki, dünya onları xilas etməliymiş, əks halda, Avropa qitəsi böyük təhlükələrlə üz-üzə qalacağıymış (?!)
Makronun bəyanatı bir qara qəpik dəyərində belə deyil!
Bütün bunlar isə mövcud Fransa iqtidarının riyakarlığının, o cümlədən, yumşaq desək, qeyri-obyektivliyinin reallığıdır. Və sonda onu da qeyd edə bilərik kİ, Makron istəsə gündə 100 dəfə bu kimi sərsəm bəyanatlarla çıxış etsin, onun söz və ifadələrinin dəyəri haqqı, ədaləti, doğruluğu və dürüstülüyü dərk edən istənilən siyasi dairə üçün heç bir qara qəpiyə də dəymir. Yaxşı olardı ki, Makron hakimiyyəti dövründə ölkəsində baş verən kütləvi sosial və s. narazılıqları aradan qaldırmaq üçün öz vətəndaşlarının qeydinə qalsın, aqressor erməni bacılarının deyil...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB