Göyçayda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş intellektual oyununun seçmə mərhələsi keçirilib
23.10.2022- ci il tarixində Göyçay rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçmə mərhələsi keçirilmişdir. G qrupunda qərarlaşan 11 rayon təşkilatının, Qaradağ , Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad komandaları növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparırdı.Əvvəlcə yarış iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə gül çiçək dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad ediblər.Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, partiyamızın qurucusu Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay rayon İcra Hakimiyyəti Başçısının I müavini ikram Vəliyev çıxış edərək yariş iştirakçılarını salamladıdılar, yarışda iştirak edən komandaların hər birinə uğurlar arzuladılar.Daha sonra "Azərbaycan İntellektual Klublar Assosiasiyası" İctimai Birliyinin nümayəndələrinin moderatorluğu ilə yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda Göyçay komandası birinci, Sabirabad komandası ikinici, Saatlı komandası isə üçüncü yerə çıxaraq növbəti mərhələyə yüksəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB