Füzulinin azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi ŞƏRH
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Füzuli və ətraf rayonlarının işğal edilməsi erməni və onların havadarlarının birgə planlaşdırdığı, xüsusi əhəmiyyət kəsb edən, Azərbaycanın dövlət müstəqilliyinə ağır zərbə vuraraq gələcəyə hesablanmış mənfur siyasətin tərkib hissəsi idi. Belə ki, əraziləri işğala məruz qoymaqla yeni qaçqın, köçkün ordusu yaratmaq, Arazboyu Azərbaycanla İran arasında bufer zonası yaradaraq, ikiyə parçalanmış Şimali və Cənubi Azərbaycanı bir-birindən uzaq salmaq və ən önəmlisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan ümidlərini puça çıxarmaq idi. Yəni “Heydər Əliyev də hakimiyyətə gəldi, ancaq erməni təcavüzünün qarşısını ala bilmədi” kimi fikir formalaşdırmaqla Rusiyanın Azərbaycanı yenidən öz təsiri altına almaq kimi gələcəyə hesablanmış niyyət güdülürdü. Ancaq bunların heç biri Ulu Öndər Heydər Əliyevin əzmini sındıra bilmədi. Əksinə Ulu Öndər Heydər Əliyev bütün mövcud imkanları səfərbər edərək məlum “Horadiz” əməliyyatı keçirərək erməni işğalçılarına tutarlı zərbələr endirdi və yuxarıda qeyd olunan məkirli planı poza bildi, düşmən geri otuzduruldu və atəşkəsə razlıq verilməyə məcbur edildi.İşğal etdikləri əraziləri özlərində saxlamaq məqsədilə bütün təmas xətti boyunca, o cümlədən Füzuli rayon ərazisinə bir neçə keçilməz müdafiə xətləri yaratmışdılar ki, bunu da “Ohanyan” xətti kimi təqdim edir və bununla da öyünürdülər. Bildirirdilər ki, Azərbaycan heç zaman bu müdafiə xəttini yara bilməz.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Respublikamızın qətiyyətli, müdrik rəhbəri cənab İlham Əliyevin bütün istiqamətlərdə apardığı uğurlu siyasət sayəsində iqtisadi cəhətdən inkişaf etmiş, ictimai – siyasi cəhətdən monalit, ordu cəhətdən müasir olan regionun lideri, dünya miqyasında xüsusi çəkisi olan yeni bir Azərbaycan dövləti yaradıldı. Güclü iqtisadiyyat, qüdrətli Ordunun yaradılmasını şərtləndirdi və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında monalitliyi təmin edildi. Cənab Prezident İlham Əliyev Ordunun yalnız müasir hərbi texnika və sürsatla təmin edilməsini deyil, müasir hərbin tələblərinə uyğun hazırlanmasını diqqət mərkəzində saxlamaqla, mütəmadi olaraq müxtəlif təlimlərə cəlb etməklə fiziki və mənəvi - psixoloji hazırlığını yüksək səviyyəyə qaldıra bildi və məqamı yetişəndə Silahlı Qüvvələrimizə “irəli” əmrini verdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında kordinasiyalı şəkildə bütün qoşun birləşmələrinin birgə əməliyyatı nəticəsində qısa müddətdə ermənilərin 30 il müddətində yaratdıqları müdafiə xətləri yarıldı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Əməliyyatların başlanmasından sonra elə bir gün olmadı ki, Ordumuz dayansın və ya geri çəkilməli olsun. Füzuli şəhərinin işğaldan azad olunmasına qədər cənab Prezident İlham Əliyev ərazilərimizin xeyli hissəsini erməni işğalından azad edilməsi ilə bağlı sevindirici müjdələri xalqımıza çatdırmış və öz sevinclərini xalqımızla bölüşmüşdür. Füzuli şəhərinin və ətraf yaşayış məntəqələrinin erməni işğalından azad edilməsinin müjdəsini 17 oktyabr 2020-ci il tarixində yenə cənab Prezident İlham Əliyev şəxsən özü xalqımıza çatdırdı. Aparılan döyüş əməliyyatlarının tarixində bu olduqca mühüm hadisə idi. Füzuli ətrafında düşmənin çoxsaylı şəxsi heyətinin, hərbi texnikasının cəmləşməsinə, silah sürsat anbarlarının olmasına və olduqca mürəkkəb müdafiə istehkamlarının mövcudluğuna, minalanmış ərazilərin olmasına baxmayaraq , Ordumuz bu maneələri qısa müddətə aşa bildi və Ermənistan silahlı qüvvələri çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edildi. Füzulinin azad edilməsi Ermənistan ordusu üçün böyük sarsıntı, Azərbaycan Ordusu üçün isə strateji üstünlüyün əldə olunması baxımından olduqca mühüm hadisə idi. Füzulidə əldə olunmuş qələbə Şuşanın azad olunması ilə yekunlaşdı və Ermənistan kapituliyasiya aktına imza atmağa məcbur olundu.
Qarabağ Azərbaycandır!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB