“ŞUŞA İLİ” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq TƏHLİL

“ŞUŞA İLİ” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Şuşanın bərpasını sürətləndirmək məqsədilə Mən yeni ili "Şuşa İli" elan edirəm"

Bəli, 10 ay öncə Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

“Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik”

Düz 29 il əvvəl, 1992-ci ilin may ayında müstəqilliyimizin ağır günlər, hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu. Ancaq bu gün - 29 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümü, Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatı, Zəfərimizin tarixi təntənəsidir. Ən əsası isə, Şuşanın tarixi kimliyini bir daha özünə qaytarılması, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunun u gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırılmasıdır. Bu “Dəmir yumruq” gücündən – Qarabağımızın, Şuşamızın dirçəlişinin reallaşdırılmasıdır. Bu, Qarabağın əsl sahibinin kim olduğunu dünyaya daha geniş şəkildə təqdim edilməsidir. Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 19 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır.Və bir sözlə, bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Qısa müddətdə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, Şuşa şəhərinin regionun diplomatiya mərkəzinə çevrilməsi bir daha göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Ən əsası ona görə ki, Şuşaya səfər edən xarici diplomatlar, beyin mərkəzləri, dövlət xadimləri Füzuli Hava Limanına endikdən sonra "Zəfər yolu" ilə irəliləyib erməni vandalizminə və Azərbaycanın öz qüdrətinə bu torpaqlarda apardığı yenidənqurma işlərinə şahidlik edirlər. Bu da Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların dünyaya yayılması üçün mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

“Şuşa İli”- “Şuşasız Qarabağ” Azadlıqdan Böyük Qayıdışa doğru

Bəli, Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Buna görə də Şuşanın təsis olunmasının 270 illiyi münasibətilə Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu. «İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik»,-deyən Prezident İlham Əliyev 2022-ci ili «Şuşa İli» adlandırmaqla bir daha dünyaya mesajını verərək bildirir ki, Azərbaycan xalqı Şuşanı xilas etməklə qeyrət təntənəsi nümayiş etdirdi və 28 il əsarətdən qurtardığımız 270 yaşlı Şuşanı daha da inkişaf etdirib gülüstana çevirəcəyik. Prezident İlham Əliyevin noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşəcəyi heç kimdə şübhə doğurmur. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı bu əminliyi yaradır. "Mən Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm»,-deyən dövlət başçımız bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Dövlət başçısının Qarabağla bağlı vədlərini də yerinə yetirməsinin şahidi olduq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”. 19 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək son 19 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz - Qarabağ Azərbaycandır! - şüarlı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göbləri qayıdıb...Və mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, diplomatik siyasəti və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır və 2022-ci ilin “Şuşa İli” elan edilməsi, onun Azərbaycan xalqının tarixi şəhəri olmasını dünyaya sübut etməkdədir! Prezidentin vurğuladığı kimi, "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".

Bir sözlə, Bir sözlə, belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Budur, «Şuşa İli»nin sevinci, qüruru. Çünki “Şuşa ili” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə