İsrailin Almaniyadakı səfiri Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayevlə görüşüb. SİA xəbər verir ki, bu barədə İsrailin Almaniyadakı səfiri Ron Prosor "tvitter" səhifəsində paylaşım edib.
“İsrailin 1991-ci ildən Azərbaycanı tanıyan ilk ölkələrdən olduğunu bilirdinizmi? Bu gün səfir Nəsimi Ağayevlə görüşmək xoş oldu. Hər ikimiz Berlində yeni olsaq da qədim dostluğu paylaşan iki dövləti təmsil edirik”,- deyə səfir Prosor paylaşımında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB