Dünyada müharibələrin davam etməsi müəyyən sferalarda çətinliyin formalaşmasına gətirib çıxarıbdır. Bu istər Azərbaycanla Ermənistan arasında olsun, istər Rusiya ilə Ukrayna və yaxud digər. İlk öncə belə hadisələr siyasi sabitliyin pozulması ilə yanaşı, daha sonra ərzaq qıtlığı prosesi yekunlaşır və sonda bunların hər biri ümumdünya gedişatına öz təsirini göstərməkdədir. Lakin bizim etdiyimiz müharibə haqq savaşı idi. Sonuda bizim qələbəmizlə bitmişdir. Buna baxmayaraq humanist Ölkə Başçısı Cənab Prezident İlham Əliyev siyasi sferada qalib olsa da, Müzəffər Ordusu hərb meydanında birincilik əldə etsə də ermənistana beş prinsipə əsaslanan sülh müqaviləsini təklif etmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi öncədən razılıq versə də, sonradan bu təklifin cavablandırılmasında tam qərara gələ bilməmişdirlər. Günümüzdə ermənistan cəmiyyəti çox gözəl bilir ki, Paşinyan siyasəti iflasa uğramışdır və bundan çıxış yolu yalnız Azərbaycanla bağlanan sülh müqaviləsidir.
Bu gün artıq müharibə bitib, biz sülhsevər ölkəsi olduğumuzdan, hər zaman sülhün və əminamanlığın tərəfdarı olmuşuq. Cənubi Qafqaz kimi regionda siyasi sabitliyin əldə olunmasında günümüzdə mütləq rolu Azərbaycan oynamışdır. Azərbaycanın uğurlu siyasəti artıq hüdudlardan kənarda da öz sağlam fəaliyyətini göstərməkdədir. Dünyada mövcud olan vəziyyətlə bağlı artıq Avropanın bizim resurslarımıza tələbatın kəskin artırması bunun əyani sübutudur. Bəli Azərbaycan neft və qaz ölkəsi olduğundan enerjisi sferasında bizim uğurumuz hər zaman öndə olmuşdur. Gələcəkdə Azərbaycanın enerji sektorunda Avropanın təminatçısı kimi çıxış etməsinin şahidi olacayıq. Son günlər Cənab Prezidentin Avropada ən arzuolunan Lider olduğunu hər kəs görməkdədir. Oktyabr ayında Praqada Cənab Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidenti Makronun və Ermənistan Prezidenti Paşinyanın dördtərəfli görüşündən öncə dünya dövlətləri liderlərin Cənab Prezidentlə olan sıx dostluq münasibəti KİV-də aydın şəkildə ifadə olunurdu. Sonda görüşdə Azərbaycan və Ermənistan münasibəti müzakirə ediləndə ya sülhün bərqərar olunması öz əksini tapacaq və yaxud Cənab Prezidentin masa üzərində göstərdiyi Dəmir Yumruq həll edəcək.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB