"Fransa prosesə öz töhfəsini vermək istəyirsə..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fransa prosesə öz töhfəsini vermək istəyirsə..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Son günlər bəzi ölkələr artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərirlər və bu qəbuledilməzdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə heç kimin iştirakını qəbul etmir: “Təəssüf ki, Fransa və onun kimi dövlətlər Avropa İttifaqı Prezidenti Şarl Mişelin təşəbbüsünə şərik çıxmaq istəyirlər. Bu prosesdə onlar özlərini aparıcı dövlət kimi göstərməyə çalışırlar. Azərbaycan birmənalı olaraq bunu qəbul etmir. Həmin ölkələr prosesə töhfə vermək əvəzinə pozmağa çalışırlar. Əgər, Fransa prosesə öz töhfəsini vermək istəyirsə, normal düşüncələrlə çıxış etməlidir. Azərbaycanın mövqeyi prinsipial və məqsədyönlüdür. Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə