Qərbin Ukrayna münaqişəsinə münasibətində heç bir dəyişiklik yoxdur - PESKOV

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Astanada görüşəcəklərini bildirib. SİA xəbər verir ki, görüşdə Ukrayna böhranı və Rusiya-Türkiyə münasibətlərinin gündəmdə olacağını açıqlayıb.
Peskov bildirib ki, ABŞ və Qərbin Ukrayna münaqişəsinə münasibətində heç bir dəyişiklik yoxdur və ABŞ hakimiyyətinin Kiyevə silah tədarükünü davam etdirmək niyyətlərini açıqladığını və bunun da müddətin daha da uzadılmasına səbəb olacağını vurğulayıb. Ukrayna üçün ən ağrılı münaqişə olacaq. ABŞ-ın Kiyevə müasir hava hücumundan müdafiə sistemləri tədarük planlarının Rusiyanın xüsusi hərbi əməliyyatlardakı hədəflərini dəyişməyəcəyini deyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə