Ağdam rayonunda Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, şəhidimizin ailə üzvüləri və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək, onların əziz xatirələrinə dualar oxunmuş və məktəbli şagirdlər şəhidlərimizə həsr olunmuş müxtəlif şeir kompozisiyaları söyləmiş, həmçinin rayon ziyalıları çıxış ediblər.
Daha sonra tədbir iştirakçıları şəhid İbrahimli Qəşəm Süleyman oğlunun evini ziyarət ediblər və şəhidimizin ailə üzvülərinin problemləri ilə maraqlanıblar. Şəhidimizin ailə üzvləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhid İbrahimli Qəşəm Süleyman oğlu Vətən müharibəsi zamanı 9 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB