“Ermənistanın əsas məqsədi sentyabr zərərinə kölgə salmaqdır” - Komitə sədri
“Azərbaycan xalqına qarşı 34 illik erməni vandalizmini bir videoçarxa yerləşdirmək olmaz. Ermənistanın əsas məqsədi sentyabr zərərinə kölgə salmaqdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, ermənilər keçən ay bu istiqamətdə təxribatlar törətdilər: “Azərbaycan Ordusu Vətən müharibəsini beynəlxalq hüquqa tam uyğun aparıb. 44 günlük Vətən müharibəsi BMT-nin başını Azərbaycanın əli ilə ucaltdı. Ermənilər Azərbaycan ərazisində nəinki müharibə cinayətləri törədib, hətta milyonlarla mina basdırıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB