Ərdoğan Putinlə NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

Rusiya prezidenti Vladimir Putin cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır. SİA TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin sabahkı proqramında Ərdoğanla söhbətin olub-olmaması ilə bağlı suala Kreml sözçüsü “Bəli, var” cavabını verib.

Qeyd edək ki, oktyabrın 7-də 70 illik yubileyi günü Rusiya prezidenti Sankt-Peterburqda olacaq və orada MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə