Azərbaycan diasporu Höteborqdakı qastronomiya festivalında iştirak edib - FOTOLAR

“Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” İsveçin Höteborq şəhərində keçirilən beynəlxalq qastronomiya festivalında ölkəmizi təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, festival zamanı Azərbaycan pavilyonunda milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar və Azərbaycan çayı təqdim edilib.

“Azərbaycan yeməkləri ziyarətçilərin çox xoşuna gəldi. Pavilyonumuz təam zənginliyi ilə seçilirdi. Çay dəsgahı isə süfrəyə xüsusi gözəllik verirdi. Azad olunmuş Laçından gətirilmiş kəklikotu çaya xüsusi dad qatmışdı.

Azərbaycan çayı şəhər sakinlərinin çox xoşuna gəldi”, - deyə mərkəzin sədri Ülviyyə Nəcəfova bildirib.

Qeyd edək ki, həftəsonu keçirilən festival iki gün davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə