Vətənə sədaqətlə xidmətin əyani nümunəsi – DEPUTATIN ŞƏRHİ

Vətənə sədaqətlə xidmətin əyani nümunəsi – DEPUTATIN ŞƏRHİ

“Bu gün Azərbaycan xalqının Ümumilli Liderinin Prezident vəzifəsinə seçilməsinin və Azərbaycan tarixinin yeni mərhələsinin əsasının qoyulduğu günün 29-cu ildönümü tamam olur. 29 il bundan əvvəl, oktyabrın 3-ü 1993-cü ildə xalqımız gələcək taleyini, müqəddəratını təyin edən seçimi etdi, öz liderinə, onun zəkasına, siyasi iradəsinə, yüksək nüfuzuna və istedadına olan dərin inamını ifadə etdi və yanılmadı. Boş və şirin vədlərə yox, tarixi yaddaşa, bu böyük şəxsiyyətin həyat yoluna, zəngin irsinə etibar etdi və yanılmadı”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu: “Ötən əsrin 91-93-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi yadda qalıb. Hadisələrə düzgün reaksiya verə bilməyən ö dövrün hakimiyyəti xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilikdən bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə