Ağdaş rayonunda şəhidin ildönümündə məzarı ziyarət olunub FOTOLAR
3 oktyabr 2022-ci il tarixdə Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun şəhidi Namətov Naib Firqət oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə rayonun Qarağan Sədi kənd qəbiristanlığında keçirilən tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, məzarı üstünə tər güllər düzülmüş, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, anasına başsağlığı verilmişdir.
Namətov Naib Firqət oğlu 11 fevral 1998-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Naib 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonunun Qarağan Sədi kəndində dəfn olunub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB