Məlum olduğu kimi, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi bir zamanda o dövrkü hakimiyyətin bacarıqsızlığı, səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı,daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə çətin anlarda xalqımızın bir yolu vardı. Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq. Məhz Ulu öndərin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi. İyunun 15-də Milli Məclisdə sədr seçilən Ümummilli liderimiz Heydər Əliyev, 3 oktyabr 1993-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi və beləliklə, Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin həm xarici, həm də daxili funksiyalarını öz üzərinə götürdü və qısa zamanda böyük inkşaf yolu keçdi. Xarici siyasətdə aparılan görüşlər, siyasi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətlərlə yanaşı, bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan məkanında böyük iqtisadi uğurlara imza atdı. Azad bazar iqtisadiyyatı sistemini əsas göstərdi, torpaq islahatı aparıldı, Əsrin neft kontraktı imzalandı, dünyaca məşhur şirkətlər investor kimi Azərbaycana sərmayə yatırdı və s. Elə bir sahə olmadı ki,həmin sahənin inkşafı istiqamətində hər hansı bir dövlət proqramı təsdiq olunmasın. Sevindirici haldır ki, bu gün də bu siyasət ölkə rəhbəri, partiyamızın sədri İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir və ölkəmiz sürətlə inkşaf edir, böyük nailiyyətlər, Zəfərlər əldə edir. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin ən yüksək zirvəsi olaraq şanlı tariximizə yazıldı! Bu bir reallıqdır ki, bu gün müasir, müstəqil Azərbaycan Dövləti məhz prezident cənab İlham Əliyevin sayəsində heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Fəxr və qürurla deyə bilərik ki, bugünkü müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB