"27 sentyabr Zəfər yolunun başlanğıcıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində imzaladığı sərəncamı ilə 27 sentyabr Anım Günü elan edilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Anım Günündə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli şəhərinə səfər etməsi yaddaqalan hadisədir və bu səfər rəmzi məna daşıyır: "Prezident səfər çərçivəsində çox təsirli nitq söylədi. Dövlət başçısı çıxışı ilə bir daha bildirdi ki, Azərbaycan xalqı düşmənin bir daha baş qaldırmasına imkan verməyəcək. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bölgəyə səfəri orada verilən açıqlamalar, bəyanatlar bir daha Azərbaycanın qətiyyətini, prinsipial mövqeyini göstərir. Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Ordusunun rəşadətli qələbəsindən, Azərbaycan xalqının hər zaman həmrəy olmasını vurğuladı. Biz həmin tarixdə qələbəmizi təbliğ etdik. Bildiyimiz kimi Prezident daha sonra Şuşa şəhərinə də səfər edib. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva burada Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. Hesab edirəm ki, 27 sentyabr məhz Zəfər yolunun başlanğıcıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə