Ağcabədidə Anım Günü silsilə tədbirlərlə qeyd edilir FOTOLAR

Ağcabədidə Anım Günü silsilə tədbirlərlə qeyd edilir FOTOLAR

Sentyabr ayının 27-də Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsinin başlanmasının 2-ci ili tamam oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən hər il Zəfər Müharibəsinin başlandığı gün-Sentyabr ayının 27-si Anım günü kimi qeyd edilir. Anım günü Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da silsilə tədbirlər keçirildi. Sentyabr ayının 27-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsinin iştirakı ilə Muğanlı kəndində salınmış Qəhrəmanlar Parkı və Hindarx qəsəbəsində Şəhidlər Xiyabanı ziyarət edildi.Daha bir tədbir Ağcabədi şəhərində keçirildi. Rayon sakinlərinin iştirakı ilə Ağcabədi Bayraq Meydanından Qəhrəmanlar Parkına qədər yürüş keçirildi. İzdihamlı yürüşdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. İştirakçılar əllərində Azərbaycan bayrağını, şəhidlərimizin portretlərini, üzərində müxtəlif şüarlar olan plakatlar tutaraq “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır”, “Hər şey vətən üçün” və digər şüarlar səsləndirilərək Qəhrəmanlar parkına çatmış, ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, onların əziz xatirələri ehtiramla yad etmişlər.Tədbir şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında davam etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ağcabədi şəhər “Cümə” məscidinin imamı şəhidlərin ruhuna dualar oxudu.

Anım tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxış etmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova qəhrəman şəhidlərə həsr edilmiş şeirlər söylədilər. Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Anım tədbirinin sonunda Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirilib. Vətən müharibəsində canını fəda etmiş 43 Ağcabədili şəhidin xatirəsinə rəmzi olaraq 43 ədəd həmişəyaşıl ağac əkildi.

Bütün xəbərlər Facebook səhifəmizdə