YAP Qax rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib. İclası giriş nitqi ilə açan YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirdi ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili ərəfəsindəyik. Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir və 30 ildə şərəfli yol keçərək böyük uğurlara imza atmışdır. Sonra ƏPT sədrlərinə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının gördüyü işlər, partiyasının yaranmasının 30 illiyi münasibətilə keçiriləcək tədbirlər və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. İclasda həmçinin Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini vəzifəsinə yeni təyinat almış Abbasov İlkin Rafiq oğlu ərazi partiya təşkilat sədrlərinə təqdim olunmuşdur. Sonda ərazi partiya təşkilat sədrlərini maraqlandıran suallara cavab verilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB