Rusiya-Ukrayna müharibəsində SON VƏZİYYƏT

Qərb ölkələrinin Ukraynaya silah tədarükü ilə bağlı addımlar hələ də davam edir. SİA xəbər verir ki, Ukrayna ordusu qüvvələrinin demək olar ki, yarısını ölkənin şərqindəki münaqişə xəttində cəmləyib. 2021-ci ildə Ukraynaya 650 milyon dollardan çox hərbi yardım edən ABŞ Kiyevə silah göndərməkdə davam edir.
Kremlin səfərbərlik elanı Rusiya ordusunun Ukraynadakı hərəkətlərinin məqsədini dəyişməyib.
Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, qismən səfərbərlik elan edilməsi Rusiya ordusunun Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədinin dəyişməsi demək deyil.

Mətbuat katibi qeyd edib ki, Rusiya ordusu hələ də Ukraynadakı hərəkətlərini xüsusi hərbi əməliyyat kimi müəyyənləşdirilib: "Qismən səfərbərlik qərarı ilə cəbhəyə göndəriləcək şəxslərin hansı yaş qrupundan seçiləcəyini Rusiya Müdafiə Nazirliyi müəyyənləşdirəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə