"Ermənistan yenidən Minsk Qrupunu fəallaşdırmağa çalışır" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan yenidən Minsk Qrupunu fəallaşdırmağa çalışır" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan növbəti təxribatını törətməklə sülh prosesini əngəlləmək istədiyini bir daha nümayiş etdirdi. Ermənistan heç vaxt regionda sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarı olmayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Ermənistan dövlətinin missiyası kənar dairələrin maraqlarına xidmət edərək regionda münaqişənin davamlı olmasından ibarətdir: "Ermənistanın bu təxribatlarının əsas səbəbi sülh prosesini əngəlləməyə çalışmağı, ikincisi sülh sazişini imzalamaq istəməməyidir. Ermənistan təcavüzkar dövlət kimi sülh sazişini imzalamağa məcburdur. Bu səbəbdən Ermənistan yenidən ATƏT-in Minsk Qrupunu fəallaşdırmağa çalışır.

Ermənistan təcavüzkar və işğalçı dövlətdir. Ermənistanın bütün təxribatları əksinə Azərbaycanın mövqelərini daha da güclənməsini şərtləndirir. Azərbaycan tərəfi Ermənistan tərəfinin törətdiyi təxribatların qarşısını layiqincə almaqla yanaşı, həmçinin bir sıra strateji yüksəliklərdə nəzarəti təmin etdi. Ermənistan bundan sonra da təxribatlarını davam etdirəcək, amma Azərbaycan bu təxribatların qarşısını layiqincə alır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə