"NATO Ukraynanı maraqları üçün istifadə edir" - SERGEY ŞOYQU

Rusiya prezidenti Putin qismən səfərbərlik elan edib. SİA xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu bu barədə açıqlama verib. O vurğulayıb ki, Rusiya təkcə Ukrayna ilə deyil, həm də kollektiv Qərblə mübarizə aparır:

"NATO Ukraynanı maraqları üçün istifadə edir".

Şoyqu Qərbin hərbi komandanlığının və 150-dən çox hərbi ekspertin, faktiki olaraq, Kiyevdə işlədiyini qeyd edib. Nazir bildirib ki, qismən səfərbərliyə cəlb olunacaq şəxslər yalnız “hərbi xidmət keçmiş, xüsusi hərbi təlim keçmiş və ya hərbi təcrübəsi olan şəxslər olacaq”.
Qismən səfərbərlik zamanı xidmətə çağırıla bilənlərin cəmi 1%-nin cəbhəyə göndəriləcəyini qeyd edən Şoyqu Ukrayna üçün qismən səfərbərliyə göndəriləcək şəxslərin əvvəlcədən hazırlıq mərhələsində hərbi təlim keçəcəyini bildirib.
Şoyqu isə Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusunun 5937 əsgərini itirdiyini açıqlayıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkilərlə bağlı son açıqlamanı martın sonunda verib və həmin vaxt 1351 rus əsgərinin həyatını itirdiyini bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə