Təcavüzkar erməni siyasəti: mülki insanlara dəyən zərbə TƏHLİL

Təcavüzkar erməni siyasəti: mülki insanlara dəyən zərbə TƏHLİL

Azərbaycanın güclü və müasir ordusu düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığın sonunun olmadığını bir daha göstərmiş oldu. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll edərək, düşmənə məğlubiyyəti yaşatdı. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxtsa məğlub olmaları qaçılmaz idi. Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmış, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması, münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. 44 günlük Vətən müharibəsində yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. Azərbaycanın döyüşən əsgəri, hər birimiz sənin yanındıyıq, - dedilər. Ali Baş Komandanın əmrini gözləyirik. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağımıza inam sonsuz idi. Qarabağ torpağı yolumuzu gözləyirdi. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. 44 günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etdi. 44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınmasının bir daha şahidi olduq. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidentinin bildirdiyi kimi, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar.

Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib və Böyük quruculuq işlərinin sürətlə getdiyi bir zamanda 12 sentyabr tarixində Ermənistanın təcavüzkar siyastətini həyata keçirməsi və hətta mülki insanlara atəş açması bir daha terrorçuluq siyasətini ortaya qoymuş oldu. 2020-ci ilin sentyabrın 27-də erməni tərəfinin atəşkəs rejimini pozmasına cavab olaraq, əks-hücum əməliyyatı ilə başlayan və 2020-ci il noyabrın 10-da başa çatan Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları kütləvi şəkildə atəşə məruz qaldı. Düşmən o günlərdə ağır silahlardan, o cümlədən, artilleriya və ballistik raketlərdən istifadə edirdi. Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Ağdam, Mingəçevir, Xızı şəhərləri düşmən raketlərinə məruz qaldı. 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində 93 nəfər həlak olub, 454 nəfər yaralanmışdır. Bomba hücumları nəticəsində çoxlu uşaq yetim qaldı.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də Bərdə şəhərinə qadağan olunmuş kasetli raket hücumları nəticəsində 26 nəfər mülki şəxs həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfərdən artıq insan yaralandı. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib. Sentyabrın 28-də Tərtər rayon Məhkəməsinin qarşısındakı əsas küçəyə düşən mərmi parçası təcili yardım maşınına dəyərək, sürücü 52 yaşlı Qənbər Əsədovun ayağını qoparıb və digər mərmi 45 yaşlı mülki vətəndaş Mehman Əliyevin həyatına son qoyub. Ermənilərin Ağcabədi rayonunun kəndlərinə atdığı top və raket mərmiləri 15 yaşlı İsgəndərov Fərid Dilafət oğlunun həyatına son qoydu, bir nəfər isə yaralandı. 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması bir neçə mülkü insanın həyatına son qoydu.

İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı və dördüncü raket hücumu isə 11 oktyabrda oldu. Nəticədə 10 mülki şəxs şəhid oldu və 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Beşinci raket hücumunda isə hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Bu statistik rəqəmlər erməni təxribatının qısa bir xronikasıdır. Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır. İnsan tələfatı ilə yanaşı, on minlərlə yaşayış və qeyri-yaşayış binasına külli miqdarda ziyan dəyib, yüzlərlə avtomobil və mindən çox təsərrüfat yararsız vəziyyətə salınıb.

Bu gün 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə infrastruktur yenidən qurulur, yeni yollar çəkilir, abadlıq və bərpa işlərinə star verilib. Belə bir zamanda Ermənistan hərbi birləşmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq, ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatlar törətməsi rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləməklə yanaşı, onun təcavüzkar siyasətini də ortaya qoyur. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə, bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə