Bakının azad olunmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bakının azad olunmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bu gün Türkiyənin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin təşkilatçılığı ilə Bakının azad olunmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.

Əvvəlcə Bakı Türk Şəhidliyi Abidə Kompleksinin önünə əklil qoyulub. Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə