“Azərbaycan hər zaman təxribatların cavabını verir” - MÜSAHİBƏ
SİA Politoloq Amid Əliyevin müsahibəsini təqdim edir.
- Ötən həftə Brüsseldə keçirilən növbəti üçtərəfli görüşdən gözləntilər çox idi. Görüşdə proseslərin tezləşməsi ilə bağlı fikirlər var idi. Görüş hansı məqamlarla yadda qaldı və bundan sonrakı proseslərə təsir edəcəkmi?
- İkinci Qarabağ savaşında Azərbaycan qələbə əldə etdikdən sonra regionda yeni siyasi konfiqurasiya, konturları çızılmış yeni reallıq yarandı və Avropa İttifaqı fəal iştirak etmək üçün vasitəçilik missiyasını öz üzərinə götürdü. 2021-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə ilk görüşlər başladı. Axırıncı görüş sayca 4-cü görüş idi. Görüşün keçirilməsi vacib idi. Çünki digər üç görüşdə Ermənistan öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədi. İstər Avropa İttifaqı istər Moskvanın vasitəçiliyi ilə keçirilən görüşlərdə verilən bəyanatların icrasında Ermənistan tərəfindən real adımlar atılmır. Sonununcu görüşdən sonra cəbhədə yenidən təxribatlar baş verdi. Azərbaycan tərəfindən "Qisas" əməliyyatı keçirildi. Məhz 4-cü görüşün keçirilməsinə əsas səbəb bu idi. 10 noyabr bəyanatının 4 bəndi bugun icra edilməmiş vəziyyətdə qalır. Bürüssel görüşünü və "Qisas" əməliyyatını mühüm edən odur ki, Ermənistanı bu maddələrin həyata keçirməsinə təhrik etmək. Görüş hər dəfə olduğu kimi Azərbaycanın xeyrinə və Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Şarl Mişelin bəyanatında açıq görürük ki, sərəhdlərin delitimasiya və demarkasiyası, humanitar məsələlər, itkin düşmüş şəxslərin talehi haqqında məlumatların təqdim edilməsi, yaxın günlərdə sərəhədlər haqqında yeni komisiya işçi qrupunun fəaliyyətə başlaması, sülh sazişinin mətnlərin işlənməsi hər iki ölkənin xarici işlər nazirliyinə tapşırıldı. Azərbaycan dövləti və Azərbaycan diplomatiyası və ölkə başçısının yeni siyasi məharəti Avropada nümayiş olundu. Proseslərə Azərbaycanın nöqtə qoyulmasının şahidi olacağıq.
- Brüssel görüşlərindən sonra Ermənistan tərəfinin təxribatlarının şahidi olduq. Görüşdən sonra Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Xankəndiyə səfəri və bu kimi təxribatçı əməllərin arxasındakı məqsəd nədir?
- Çox zaman Ermənistan tərəfindən belə təxribatlar mühüm görüşlərdən sonra baş verir. Brüssel görüşündən dərhal sonra bölgədə sülhün zəmanətçisi rolunda çıxış edən Rusiya xarici işlər nazirinin sözcüsü Mariya Zaxarova açıq şəkildə bəyan etdi ki, Avropa İttifaqının Qafqazdakı aktivliyi siyasi ambisiyalardan irəli gəlir. Yəni bu, Ermənistan və Azərbaycan arazındakı razılığın əldə edilməsinə hesablanmayıb. Eyni şəkildə gördük ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı ad günü münasibətilə Rusiya prezidenti şəxsən təbrik etdi. Ermənistan KİV-də daha çox bunu tirajlanmağa başladı. Eyni zamanda Moskvada yaşayan erməni milyarderi Vardaryan sanki Azərbaycana bildirdi ki, mən Rusiya vətəndaşlığından çıxıram, Azərbaycan vətəndaşlığını qəbul edirəm. Xankəndidə yaşamaq istəyirəm. Həmin Vardaryan ki, Azərbaycana qarşı Rusiyada illərdir mübarizə aparır və “Qara piyar”ın həyata keçirilməsində əlindən gələni edirdi. Bu təxribatlar davam edəcək. Azərbaycan güclü dövlətdir. Belə təxribatların qarşısı alınır. Hər təxribatın cavabını Azərbaycan verir və Azərbaycan yeni uğurlar qazanır. İstər hərbi sahədə olsun, istər diplomatik sahədə. Belə təxribatların davam etməsi ən çox Ermənistanın siyasi rəhbərliyinə və sadə erməni xalqına ziyan gətirir.
- Nəyə görə Rusiya bölgədə sülhün zəmanətçisi rolunda çıxış etdiyi halda bu məsələ Brüsseldə həll olunur?
- Bu sualı Moskva özünədə axtarmalıdır. Çox güman ki, Rusiyanın özündə bu məsələnin həll olunması, Ermənistan və Azərbaycan arasında reinteqrasiyanın olması, yekun sülh sazişinin bağlanmasına qarşı olan qüvvələr var. Məsələni uzatmaqda maraqlı olan Rusiyanın daxilində siyasi qüvvələr mövcuddur. Onlar prosesi geçikdirməkdə maraqlıdırlar. Lakin bu cəhdlər özünü doğrultmayacaq. Azərbaycan diplomatiyası bölgədə real konkret şərtlərə uyğun olaraq kontorları müəyyən edir. Buna cavab olaraq Ermənistan dövləti və cəmiyyəti konstruktiv müstəvidə dialoqları davam etməyə hazır olsa, Azərbaycanda bunu davam etdirəcək. Əks təqdirdə təxribatlara əl atsalar,Azərbaycan qarşıda duran məsələləri təkbaşına həll edəcəkdir.
- Ermənistanda etiraz aksiyaları başlanıb. Xankəndində də paralel olaraq aksiyalar davam edir. Bu Paşinyanın istefası ilə nəticələnə bilərmi?
- Maraqlısı budur ki, əldə edilən uğuru oyuncaq "Qarabağ hökuməti" öz adına yazır. Lakin aksiyalar başlayanda həm Qarabağdakı ermənilər, həm də İrəvandakı ermənilər birgə başlayır. Biz bu inqilabların nəcə nəticələnməsindən xəbərdarıq. Ermənistanda daxili siyasi prosesləri çızan və yazan Ermənistan dövlətinin özü deyil. Ermənistandakı siyasi proseslər kənardan idarə edilir. Mən bəyaqda vurğuladım ki, hər yeni görüşdən sonra yeni təxribatlar baş verir. İstər Ermənistanın öz daxili proseslərində, istər də Azərbaycana qarşı olan təxribatları görürük. Ermənistan cəmiyyəti bilir ki, bütün siyasi kartlar uduzulub, siyasi müstəvidə geridə qalıb. Ermənistanın çıxış yolu Azərbaycanla əlaqələri bərpa etməkdədir. Ermənistan hökuməti məğlub olduğu üçün sadə erməni xalqı Ermənistanın siyasi rəhbərliyi qarşısında çıxış edərək istefa istəklərini bildirirlər.
- Rusiya və Ukrayna müharibəsi davam edir. Real vəziyyət hazırda necədir?
- Çox təəssüflər olsun ki, hər iki ölkədə həm canlı qüvvələrdə həm də texnikalarda böyük itkilər var. Bu müharibənin ağır nəticələri müddət keçdikcə regionlar üzrə hiss edilməyə başlayır. Həm Rusiya həm də Ukrayna dünya üçün ən böyük taxıl ixracatçıları idi. Dünyanın bəzi regionları Cənub-Şərqi Asiya, Afrika və Avropanın bir qismi taxıl ehtiyyatının azalmasından əziyyət çəkirdi. Məhz BMT-nin və Türkiyənin vasitəçiliyi ilə taxıl dəhlizi yaradıldı və taxıl istehlakçılara çatdırıldı. Günbəgün müharibənin ağır nəticələrini görürük. Dünyanın beyin mərkəzlərinin stateji araşdırmalarına görə müharibənin davam etməsi 2023-cü ili bundan da çətin və ağır keçməsinə səbəb olacaq. Hər iki tərəf sona qədər vuruşacaq. Lakin heç bir tərəf öz peşmançılığını bildirməyəcək. Bəzi KİV-də belə məlumatlar yayılıb ki, Rusiya artıq İkinci dünya müharibəsindən qalan hərbi texnikalarını istifadə edir. Lakin Ukraynanın arxasında kollektiv Qərbin olduğunu nəzərə alsaq, müasir hərbi-siyasi potensiyaldan istifadə olunur. Belə olduğu halda Rusiya öz məğlubiyyəti ilə barışmayacaq.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB