Paşinyan, Vardanyan və konqresmenlər – üçü bir bezin qırağı – BAXIŞ BUCAĞI
Dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Bu misalı nəyə görə xatırlatdığımı yazının bir iki cümləsini oxuyandan sonra biləcəksiniz. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin artıq iki ildönümünə hazırlaşır. Qarabağın status “cəhənnəmə gedib”, həmsədrlər də onun dalıca, bölgədə davamlı sülhün yaradılması üçün tərəflər arasında müxtəlif formatlarda danışıqlar gedir, Azərbaycan məğlub Ermənistana yeni-yeni şanslar verir, bəzi güzəştləri diqtə edir, amma bəzi dairələr isə əksinə ermənilərdən istifadə şanslarını yenidən sınamaq istəyirlər. Amma ermənilər də dinc dayanmır, müxtəlif vasitələrlə vəziyyəti gərginləşdirməyə, üçüncü, dördüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırlar.
Dünən xəbər yayıldı ki, Ruben Vardanyan adlı erməni əsilli Rusiya vətəndaşı Qarabağa köçüb. Bu şəxsin kimliyi, sosial və psixi vəziyyəti barədə məlumat əldə etməyə çalışdıq. Məlum oldu ki, R.Vardanyan Rusiyada kifayət qədər tanınmış bir ermənidir. Var-dövləti milyardlarla ölçülür. Və birdən Rusiya vətəndaşlığından imtina edir, pulunu-parasını götürür, Ermənistanın nəzarət etmədiyi, sadəcə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağa gəlir. Sizcə, bu subyektin etdikləri təəccüblü, bir az da müəmmalı deyilmi? Ermənilərin, əksinə, Ermənistandan qaçdığı halda iş adamı Ruben Vardanyanın niyə birdən-birə “Artsax” adlı qeyrət damarı tutub? Onun Xocavənddən verdiyi xüsusi videomüraciət də maraqlıdır? Bildirir ki, dünya erməniləri Qarabağdakı ermənilərlələ bir yerdə olmalıdır: “Bu il 700-dən çox uşaq doğulub. Biz onların qarşısında cavabdehik və bura, ermənilərin mərkəzinə gəlməliyik. Mən çox minnətdaram ki, Rusiya “Artsax”dadır, sülhməramlı qoşunlar buradadır və erməni xalqının təhlükəsizliyini qoruyur".
Əvvəla, sözümüzü Qarabağda müvəqqəti olan sülhməramlılara deməliyik. Bu səlahiyyəti onlara kim verib? Kimin göstərişi ilə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün erməniləri Qarabağda məskunlaşdırır, daha doğrusu onların yaşamasına yardımçı olur? Müharibənin son günlərində Qarabağdan qaçan ermənilərin geri qaytarılmasında sülhməramlıların canfəşanlığını belə yoxduq ki, həmin ermənilər burada yaşayıblar və bu məsələ ilə sonar məşğul olarıq. Bəs bu fakta nə deyəsən? Erməni əsilli Rusiya vətəndaşı social hüquqlarından imtina edir və Qarabağa köçür, sülhməramlılar isə nəinki etiraz etmir, həmçinin buna şərait də yaradır. Məgər Qarabağ Rusiya sülhməramlılarının dədəsinindir ki, gələnə-gedənə qapılarını taybatay açır. Bu barədə “sülhməramlılar”dan hesab sorulmalı, bu özbaşınalığa son qoyulmalıdır.
Vardanyanın bura gəlişinin başqa səbəbləri barədə də Ermənistan mətbuatı yazıb. Bildirilib ki, adıçəkilən milyarder separatçıların qondarma qurumunda “dövlət naziri” vəzifəsini tutacaq. Bir başqa mənbələr isə Ruben Vardanyanın vəzifə məsələsində daha ciddi və yüksək kürsülərə iddialı olduğundan yazır. Onun hətta Ermənistanın baş naziri postuna oturdulacağı barədə xəbərlər də dolaşır. Bir sözlə bu ikiayaqlı barədə təcili tədbir görülməli, milyonların işəğına gözünü bərəldən ermənilərin arzusunu gözlərində qoymalıyıq.
Əldə etdiyimiz digər xəbər isə Ruben Vardanyan üçün heç də yaxşı bir şey vəd etmir. Məsələ Rusiya ilə və Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. Məlumdur ki, Qərb təkcə Rusiyanın rəsmi qurumlarına yox, həmçinin bu ölkədə milyardlara sahib oliqarx və sahibkarlara qarşı da sanksiyalar tətbiq edib. Rusiyanın imkanları ilə zənginləşmiş milyarderlər dolayısı ilə həm də Rusiyaya qazanc gətirirlər. Rusiya bu oliqarx və digər var-dövlət sahiblərinin çiynində dayanıb. Qərb yaxşı bilir ki, bu “orta dirək”ləri laxlatmaqla, yıxmaqla Rusiyanı məhv etmək olar. Bunu Rusiyada da yaxşı anlayırlar. Ona görə də bütün imkanlardan istifadə edirlər ki, milyardları sanksiyalardan yayındıra bilsinlər. Rubenin Qarabağa Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməsinin də arxasında bu sirrlər yatır. Yoxsa, Vardanyan millət dərdi çəkən ermənilər arasında ən axırıncısıdır.

Bu gün həm də ermənilər Qarabağda vaxtilə qanunsuz elan etdikləri müstəqilliyin 31 illiyini qeyd ediblər. Ermənistanın sayca üçüncü presidenti bəbək qatili Serj Sarkisyan soydaşlarını “əlamətdar” tarix münasibətilə təbrik etmək istəyib. Lakin nə dili dönüb, nə də qəhərdən danışa bilib. Bircə onu deyə bilib ki, “Bu gün artıq Artsaxda milli sevinc günü deyil”.
Dili topux vura-vura əlavə edib ki, əvvəl olduğu kimi, ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci olmayacaq, müstəqillik təhlükə altında olduğundan, Qarabağ arxadan ağır bir xain zərbə aldı, üç onillik ərzində dünya ermənilərinin səyləri ilə əldə saxlanılan Vətənimizi itirdik: “Ermənistanda və Qarabağda isə bütün xalq adından və eyni adamların arxası ilə qərarlar qəbul edilir, danışıqlar aparılır və ölkəni yalançı sülhsevərlər təmsil edir, onlar evin qapılarını geniş miqyasda düşmənin üzünə açırlar. Bir vaxtlar Qarabağın təhlükəsizliyinin təminatçısı olan Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici ölçülərə çatacaq. Yalnız dövləti məhv edən, milləti məhv edən idarəçilərin tez bir zamanda uzaqlaşdırılması ölkəni bu fəlakətli vəziyyətdən çıxarmağa, layiqli danışıqlar aparmağa, tərəfdaşlarla əlaqələr qurmağa imkan verə bilər. Bu sadə həqiqəti dərk etməmək Ermənistan üçün fəlakətli ola bilər”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel danışıqlarının ab-havasına uyğun olmayan mövqe nümayiş etdirib. Qondarma qurumun yaranmasının ildönümü münasibətilə erməniləri təbrik edib. Tarixə naşıcasına ekskurs edən Paşinyan 31 il əvvəl baş verən hadisələri o ki var təhrif edib, Sumqayıtda, Bakıda baş verənlərdən danışıb, amma Ermənistanda azərbaycanlıların başına açılan oyunlardan, yüzlərlə soydaşımızın vəhşicəsinə öldürülməsindən bircə kəlmə də danışmayıb. Əvəzində: “Ermənilərin Qarabağda yaşamağa davam etməsi faktı dəyişməz olaraq qalıb. Qarabağın ərazi vahidi kimi mövcud olmaması və problemin həlli ilə bağlı bütün bəyanatlar ermənilərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri ciddi şəkildə həll olunmayana qədər yersizdir. Qarabağın statusu və bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandatı var”, deyə bildirib.
Bir az da okeanın o tayından gələn səslərə qulaq asaq. ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının üzvləri Frenk Palon, Qus Bilirakis, Ceki Sper, Devid Valdao və Adam Şiff Qarabağın müstəqilliyinin 31-ci ildönümü münasibətilə “Dağlıq Qarabağ Respublikası”nın rəhbərinə təbrik məktubu göndəriblər. Diqqət edin, əziz oxucular, görün dünyaya üzdə sülh diqtə edən, suverenlik və ərazi bütövlüyü kimi vazkeçilməz atributları əzib keçək bir ölkənin konqresmenləri separatçıların ələbaşına nə yazıblar. Sadəcə utancvericidir: “Prezident Arutyunyan, sizi və Qarabağ xalqını müstəqilliyin 31-ci ildönümü münasibətilə təbrik edirik! ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyası Azərbaycandan gələn təhdidlərə və daimi çağırışlara inanılmaz dözümlülüklə müqavimət göstərdiyiniz zaman xalqınıza öz dəstəyimizi bildiririk. Biz ABŞ hökumətini 2020-ci ildə Qarabağa hücum etdiyinə və bu günə qədər də davam edən hərəkətlərə görə Azərbaycan və Türkiyəni cəzalandırmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çağırırıq”.

İndi bildinizmi, Azərbaycan indiqədək hansı şər qüvvələrlə mübarizə aparıb? Təkcə erməniyə və Ermənistana qalsaydı, yəqin ki, 1993-cü ildə düşmənin ağzını qırıb onu İrəvana qədər qovardıq. İtin nə qədər yiyəsi olduğunu yəqin ki, anladınız. Beləliklə dünyanın mizan-tərəzisi pozulub desək, daha düzgün alınar. Məlum oldumu ki, niyə ABŞ və Fransanın da həmsədr olduğu Minsk qrupu “cəhənnəmə” getdi. Bəli, düz tapdınız, məhz bu ölkələrin separatçılığı birbaşa dəstəklədikləri üçün, haqlı ilə haqsız olanı seçə bilmədikləri üçün danışıqlardan kənarlaşdırıldılar.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB