"Seperatçı rejimin əsas tələbi Paşinyanın istefa verməsidir" - POLİTOLOQ İZAH ETDİ

"Seperatçı rejimin əsas tələbi Paşinyanın istefa verməsidir" - POLİTOLOQ İZAH ETDİ

"Xankəndindəki seperatçı rejimin əsas tələbi Nikol Paşinyanın istefa verməsidir. Çünki onu əsas günahkar hesab edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, xüsusilə üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əsasən Azərbaycan Respublikasının Laçın şəhəri üzərində yenidən nəzarəti bərpa etməsi və ardınca dördüncü Brüssel görüşü çərçivəsində sülh danışıqlarının uğurla davam etdirilməsi, Xankəndi üzərində nəzarətin bir addımlığında olduğumuzun da aydın mesajını vermiş oldu: "Belə olduqda, separatçı ermənilər elə zənn edirlər ki, Paşinyan administrasiyası devrilsə və onu daha radikal mövqeyə sahib revanşist əhval-ruhiyyəli siyasi rejim əvəz etsə, öz təxribat addımlarına daha çox dəstək ala bilərlər. Amma bunların hamısı xəyaldır və Ermənistan siyasi hakimiyyətində ehtimal oluna biləcək hər hansı bir dəyişiklik heç bir halda post-müharibə dövrünün reallıqlarını dəyişməyəcək. Bugün Xankəndində yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək orada yaşamağa davam etməkdən başqa seçimi yoxdur. Əks halda, istədikləri ölkəyə gedə bilərlər. Bu istər Ermənistan olsun, istərsə də dünyanın hər hansı bir başqa ölkəsi".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə