YAP Tərtər rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib FOTOLAR

YAP Tərtər rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib FOTOLAR

2 Sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə növbəti görüş keçirilib. Görüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev öz çıxışında bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını, Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır. Sədr müavini Azər Ağayev ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edib. Onlara təşkilati və cari məsələlər, yeni üzvlərin qəbulu, uçot işlərinə, üzvlük haqqı və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini diqqətdə saxlamağı ərazi partiya təşkilat sədrlərinə bildirmiş, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olduğunu, bununla əlaqədar ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırmışdır.

Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev ərazi partiya təşkilatlarının sosial şəbəkələrdə fəallığı barədə məlumat vermişdir. Görüşdə çıxış edən ərazi partiya təşkilat sədrlərindən Sahib Həsənov, Ədalət Məmmədov, Emin Pənahov və başqaları ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasında təmsil olunmağın qürurverici və məsuliyyətli olduğunu bildiriblər. Qeyd ediblər ki, tarixə adını qalib ölkə kimi yazan Azərbaycanın müstəqilliyinin yenidən bərpasından sonrakı dövrə bələdçilik edən Yeni Azərbaycan Partiyasına, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan bu partiyanın Sədri cənab İlham Əliyevə milyonların sevgisi və inamı şəksizdir. Bu inama əsas verən sözlə əməl birliyi, Azərbaycanın davamlı uğurlara imza atmasıdır. Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklif və fikirləri dinlənilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə