Ukrayna niyə hələ də Xersonu azad edə bilmir? - POLİTOLOQ AÇIQLADI
"Ukraynanın Xersonu azad etməsi o qədər də asan bir məsələ deyil". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, əlbəttə ki, proseslərin hələ də uzandığı açıq-aşkar bəllidir: "Məsələ burasındadır ki, Ukrayna kiçik bir ölkəyə qarşı yox, Rusiya kimi böyük bir ölkəyə qarşı müharibə aparır. Xersonun azad edilmısi elə də asan deyil. Çünki Xerson vilayəti həm Ukrayna üçün, həm də Rusiya üçün olduqca strateji əhəmiyyətə malikdir. Davamlı döyüşlər gedir. Düşünürəm ki, bir neçşə həftə ərzində Ukraynanın Xersonu azad etməsini gözləmək olar”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB