Bəli, hər dəfə Ali Baş Komandanımızın, Prezident İlham Əliyev cənablarının verdiyi qələbə müjdəsi bizi qürurlandırır və bu gün də qürurluyuq! Dövlət başçımızın dediyi kimi: «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq". Bəli, məhz qürurlu günlərimizdən biri də Qalib ölkənin Qalib Liderinin "Dəmir yumruq" siyasəti ilə 2020-ci il 10 noyabr əlamətdar gün oldu. 10 noyabr gecəsi Azərbaycan Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında "Qarabağ Azərbaycandır!" reallığı 44 gündə – mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır.Bir sözlə, 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Tarixi ədalət bərpa olundu! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi sübut etdi ki, ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərdi ki, Onun savaşı haqq savaşıdır və Müzəffər Ali Baş Komandanın "Dəmir Yumruq" siyasəti ilə noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzalanan bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” xülyasına birdəfəlik son qoyuldu. Lakin Laçın şəhəri, eləcə də rayonun Zabux, Sus kəndləri Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşdiyindən, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparılması təxirə salındı. Ancaq bu gün – avqustun 26-da dövlət başçımızın dediyi kimi: "Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq".Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının «Twitter» hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan İlham Əliyevə edilmiş məruzə, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda, on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaq. Bir sözlə, Qalib Liderimiz, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının siyasi qətiyyəti, uzaqgörənliyi, diplomatik bacarığı ilə növbəti qələbəmiz - Laçın şəhəri, Zabux və Sus kədlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular. Və bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Çünki Qarabağımızın əsrarəngiz guşəsi olan Laçın öz doğma övladlarını qarşılayır. Artıq Laçınımız azaddır! "Qarabağ Azərbaycandır!".
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB