"Paşinyan mövqelərinin zəifləməsindən qorxur" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşməsi, kommunikasiya yollarının açılması, sülh sazişinin bağlanması istiqamətində heç bir irəliləyiş yoxdur: "Ermənistan qərarları ləng verir və prosesləri bir qədər gecikdirir. Ona görə növbəti Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli görüşdə ola bilsin ki, müəyyən fikir mübadilələri aparılsın. Lakin bu fikirlərin ciddi bir nəticə yaradacağını zənn etmirəm".

Politoloq Elxan Şahinoğlu fikirlərinə əlavə edərək bildirib ki, Paşinyan mövqelərinin zəifləməsindən qorxur: "Lakin hər halda Azərbaycan irəli addımlar atır. Laçın şəhəri, Zabux və Sus kəndi də Azərbaycanın nəzarətinə keçir. Bizim əsas foks nöqtəmiz və diqqətimiz Qarabağdır. Qarabağda qalan problemləri də həll etməliyik. Ermənistan üzərinə düşəni etməyəcəksə, Azərbaycan ciddi addımlar atacaq. Görüşün Brüssel və ya Moskvada olması planlaşdırılır. Lakin bir daha qeyd edim ki, Ermənistandan ciddi bir qərar verməsini gözləmirəm".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə