"Qarabağın yox , Zəngəzurun status məsələsi gündəmə gələcək" POLİTOLOQ AÇIQLADI

"Azərbaycan, Rusiya və Ermənistan arasındakı növbəti üçtərəfli görüşü böyük səbirsizliklə gözləyirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə , Bakı ilə Moskvanın yanaşmaları demək olar ki, üst-üstə düşür: " Yəni , Bu yanaşmalar ondan ibarətdir ki, üçtərəfli sazişlərin müddəaları qeyd- şərtsiz yerinə yetirilsin. Belə ki, Azərbaycan üzərinə düşən bütün öhdəlikləri addım-addım yerinə yetirib. Biz prosesləri həm zamana uyğun tənzimləyirik, həm də genişmiqyaslı işlərin bütün yüklərini qaldıraraq həyata keçirməyə nail olduq. Ermənistan tərəfindən gözləntilərimiz var. Çünki ermənilər görüşlərdə verbal şəkildə , yəni danışıqlarda razılaşaraq "hə"cavabı verir, lakin tətbiqi baxımdan prosesləri uzadır. Onların gözləntiləri geosiyasi cəryanlarla bağlıdır. İlk növbədə Ermənistan çalışır ki, prosesləri 2023-ə qədər uzatsın. Türkiyədə prezident seçkiləri olmağını və hakim partiya "AK " partiyanın məğlub olmasını gözləyirlər. Düşünürlər ki, Türkiyəyə ermənipərəst qüvvələr hakimiyyətə gələ bilər. Digər tərəfdən Azərbaycanı gözlənilməz vəziyyət ilə üz-üzə qoymağa çalışırlar. Yəni onlar digər qüvvələrdən dəstək gözləyirlər ki, onlar öz istəklərini diktə edə bilsinlər. Biz bilirik ki, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün nə qədər maneələr törətməyə və Azərbaycana şərtlər qoymağa çalışdılar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev İranla memorandum imzaladı. İran bizə öz ərazisindən 5 kilometrlik məsafə verir ki, biz layihəni Ermənistanın iştirakı olmadan həyata keçirək. İndiki məqamda Rusiyanın Cənubi Qafqaza diqqəti zəifləyib. Çünki Ukrayna hadisələri ciddi şəkildə cərəyan edir və eyni zamanda gərginlik artıb, döyüşlərin miqyası genişlənib. Amma buna baxmayaraq, Rusiyada 3 tərəfli formata təhkim olunmuş şəxslər o cümlədən, baş nazirlərin müavinləridir ki, onlar üçtərəfli bəyanatların tətbiqi üçün nəzərdə tutulan öhdəlikləri yerinə yetirsinlər. Azərbaycan bütün proseslərin layihələndirilməsinə, reallaşmasına, koordinasiya işinin təmin olunmasına, kommunikasıyaların açılmasında iştirak edir. Bu üçlü görüşlərdə əvvəlkində olduğu kimi, Azərbaycan mövqeyini ortaya qoyacaq. Ermənilərə elə gəlməsin ki, onların hər hansı imtiyazları və imkanları var ki, Azərbaycana problem yaratsınlar. Ermənilərin elə imkanı heç vaxt yoxdur. Hətta onlar kənar qüvvələrdən belə nəsə gözləntiləri varsa, bunlar belə heç nəyi dəyişməyəcək. Bilirsiniz ki, bu yaxınlarda İsmayıllının Basqal qəsəbəsinə Prezident İlham Əliyevin səfəri olub. Prezident açıq-aşkar Ermənistana mesaj göndərdi ki, bizim əməliyyatlarımızın və gördüyümüz işlərin qarşısına heç kəs maneəçilik törədə bilməz. Çünki biz heç bir beynəlxalq hüquqları pozmuruq. Bu baxımdan Azərbaycan dövləti israrlıdır ki, bütün proseslər vaxtında yerinə yetirilsin. Artıq bölgədə sülh ab-havası hakim olmalıdır. Ermənistan sülh sazişində maraqlı olmalıdır. Nahaq yerə Azərbaycan prezidenti yada salmadı ki, əgər siz status məsələsini qaldırsanız, Zəngəzurunda status məsələsi Azərbaycanın iştirakı ilə gündəmə gələcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə