"Müxalifət heç vaxt öz məkrli istəyinə çatmayacaq" AÇIQLAMA

“Söyüş kampaniyasında iştirak edən adamlar ümumiyyətlə, müasir sivil siyasi mübarizə metodlarından tam uzaq insanlardır”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xaricdəki həmin söyüş qrupunun üzvlərinin sosial şəbəkələrdə qoyduqları çirkin kampaniyanı hər kəs pisləyir: “Xarici qüvvələr də bu maliyyənin qarşılığında onlardan Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün bir vasitə kimi istifadə edir. Ancaq nə xarici qüvvələrin, nə də müxalifətin nə istəməsindən və nə etməsindən asılı olmayaraq, onlar inkişaf etmiş güclü Azərbaycan dövlətinin uğurlarına heç vaxt kölgə sala bilməyəcəklər. Çünki bizim yolumuz dönməz və davamlıdır. Ümumiyyətlə, dağıdıcı müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır”.

T.Novruzov onu da bildirdi ki, xaricdə müəyyən qüvvələr var ki, Azərbaycanda ictimai siyasi vəziyyətin gərginləşməsində maraqlıdırlar: “Həmin xarici qüvvələrin istəkləri ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Bunun üçün də daxildəki bəzi qüvvələrdən bir vasitə kimi istifadə edirlər. Müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox gözəl bilirlər ki, Azərbaycan vətəndaşları müxalifətin dediklərinə heç vaxtı inanmır. Azərbaycan bu gün nəinki regionun güclü qüdrətli dövlətinə çevrilib, Azərbaycan artıq dünyada öz hörmətini qazanmış nüfuzla bir dövlətdir. Ona görə də, bunlar çalışırlar ki, bizim inkişafımızı əngəlləsinlər. Amma onların nə etməsindən və deməsindən asılı olmayaraq, onlar heç vaxt öz məkrli istəklərinə çatmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə