Səfirliyimizə qarşı törədilən vandalizm aktı şiddətlə qınanmalıdır - MÖVQE

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı. Səfirliyimizin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.

Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Böyük Britaniyanın da 18 aprel 1961-ci il tarixində qəbul olunmuş, ölkəmizin isə 21 iyul 1992-ci ildə qoşulduğu diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına dair öhdəliyi olduğunu bir daha vurğulayıram.

Eyni zamanda Azərbaycan bayrağına qarşı edilmiş xəta, habelə səfirliyimizin əməkdaşlarının hadisə zamanı keçirdiyi narahatlıq qəbuledilməzdir. Düşünürəm ki, Böyük Britaniya hökuməti tərəfindən açılmış cinayət işi tezliklə məsələyə hüquqi qiymətin verilməsini təmin edəcək və baş vermiş hadisədə məsul olan qurumlar götürdükləri öhdəliklərə dair öz açıqlamalarını geçikdirməyəcəklər.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə