YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri II Qarabağ savaşında torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Musayev Sahib Musa oğlunun və Abbasov Nihad Mövlüd oğlunun doğum günü ilə əlaqədar məzarlarını ziyarət etmiş, məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etmişlər. Şəhid valideynləri göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB